Çərşənbə axşamı Bakı Dövlət Universiteti (BDU) ilə Ankara Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib. Sənəd BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünün yekunları üzrə imzalanıb. Bu müqavilə təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsinin, o cümlədən birgə elmi tədqiqatların aparılmasını nəzərdə tutur.