Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” təzkirəsinin əlyazmasını onun qohumlarından əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Təzkirədə həmin dövrdə yalnız Bakıda deyil, həm də Azərbaycanın digər regionlarında yaşamış 20-dən artıq şair haqqında dəyərli məlumatlar toplanıb. Onların arasında Məhəmməd Hadi, Mirzə Mövsüm Xəyali və başqalarını qeyd etmək olar.
Artıq AMEA-nın Əlyazmalar İnstitutunda Nəcəfqulu bəy Şeydanın şeirlər toplusu saxlanılır.