Gürcüstanın Marneuli rayonunda, Azərbaycan sərhədi yaxınlığında 25 yaşlı şəxs piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. Bu barədə Gürcüstan KİV-i çərşənbə axşamı məlumat yayıb.
Zərərçəkənin vəziyyəti ağırdır, həkimlər onun ayağını amputasiya ediblər.
25 yaşlı Sərxan Musayevin aparıldığı Rustavi şəhər xəstəxanasının direktoru Papuna Baxtadzenin jurnalistlərə verdiyi məlumata görə, zərərçəkən çoxlu sayda qəlpə yarası alıb.
Sərxan Musayev yoldaşı ilə birlikdə itmiş inəyini axtararkən minaya düşüb.
KİV-in məlumatına əsasən, bu, son bir neçə ildə baş vermiş 10-cu hadisədir.