Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası (MSK) Bakının Pirallahı rayonunda yeni seçki dairəsinin yaradılması barədə qərar qəbul edilib.
“Bununla əlaqədar 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarına və ərazilərinin tərkibinə dəyişikliklər edilir”, - deyə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.
14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seşki dairəsi yaradılıb. Bununla yanaşı, 13 saylı Xəzər birinci seçki dairəsinin 13 saylı Xəzər seçki dairəsi adlandırılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Milli Məclis “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” qanun qəbul edib.