Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ХII əsrdə yaşamış Azərbaycan şairəsinin şeirlərindən ibarət “Məhsəti Gəncəvi: Rübaidən rübaiyə” adlı kitab nəşr edib. Bu barədə AMEA-dan məlumat verilib.
Kitab AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov tərəfindən hazırlanıb.
R.Hüseynov yeni nəşrdə xarici tədqiqatçıların şairənin həyat və yaradıcılığı ilə bağlı maraqlı araşdırmalarını təqdim edib. Kitabda Məhsəti Gəncəviyə həsr olunmuş ədəbi-bədii əsərlərdən nümunələr yer alıb.
Nəşr həm mütəxəssislər, tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.