"BoB Broker" ASC 2013-cü ilin mart ayında dövlət qiymətli kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə (Repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlər renkinqinə başçılıq edib. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
"BoB Broker" ASC hesabat ayında 21 mln. 986,234 min manat məbləğində xidmət göstərib (fevral ayında 3-cü yer).
İkinci yeri mart ayında 18 mln. 399,911 min manat məbləğində xidmət göstərmiş "Standard Kapital" MMC tutub (fevralda əməliyyat həyata keçirməyib).
Mart ayının yekunları üzrə üçüncü yerdə "Texnika Kapital Menecment" MMC qərarlaşıb (fevral ayında 6-cı yer). Broker 15 mln. 829,635 min manat məbləğində xidmət göstərib.
Ümumilikdə, 2013-cü ilin mart ayında 8 broker xidmət göstərib.