Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçməyi planlaşdırırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, vasitəçilər aprelin 4-də təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə, aprelin 5-də isə təmas xəttinin qarşı tərəfindən Azərbaycanın nəzarəti altında olan Bərdə istiqamətinə keçəcəklər.
Bu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin keçirdiyi monitorinq zamanı baş tutacaq. Monitorinq 4-5 aprel tarixlərində Tərtər-Ağdərə və Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində keçiriləcək. Monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conatan Ferrabi, təmas xəttinin qarşı tərəfindən isə səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle iştirak edəcəklər.