Azərbaycan güləşin Olimpiya Oyunlarının proqramında qalacağına ümid edir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən belə söyləyib.
“Bu məsələ Beynəlxalq Olimpiya Komitəsinin sentyabr ayında Argentinanın Buenos- Ayres şəhərində keçiriləcək sessiyasında müzakirə ediləcək. İnanıram ki, bu məsələ bizim xeyrimizə müsbət həllini tapacaq və güləş Olimpiya Oyunlarının proqramında qalacaq. Mən buna ümid edirəm”,- deyən Ç.Hüseynzadə əlavə edib ki, bu qərarın çoxlu sayda tərəfdarı var.