“SOCAR Energy Ukraine” şirkəti (SOCAR-ın törəmə strukturu) eyni zamanda 4 avtomobilə yanacaq doldurulmasına imkan verən “SOCAR” brendi altında ilk yanacaqpaylama kolonkasını (YPK) istifadəyə verib. Bu barədə SOCAR-dan məlumat verilib.
YPK vasitəsilə brendləşdirilmiş Nanodiesel yanacağı, A 95 və A 92 benzinləri reallaşdırılır.
2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində “SOCAR” brendi altında 34 YDM fəaliyyət göstərir.
2013-cü ildə SOCAR Ukrayna ərazisində YDM şəbəkəsini 100-ə qədər genişləndirməyi planlaşdırır.