Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 13 adda elektron xidmətin göstərilməsinə başlayıb. Bu barədə idarədən məlumat verilib.
Elektron xidmətlərin üçü akkreditasiya, altısı patent, ikisi standartlaşdırma, biri metrologiya sahələrinə, biri isə cərimələrin onlayn ödənişinə aiddir.
Sahibkarlar, həmçinin elektron xidmətlər sisteminə (http://www.e-xidmet.azstand.gov.az) daxil olaraq dövlət rüsumlarını real vaxt rejimində onlayn ödəyə bilərlər.