Aprelin 10-da Bakıda “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda konfrans keçiriləcək. Bu barədə StartUp Azərbaycan Layihəsinin İcraiyyə Komitəsinin məlumatında bildirilir.
Konfransın keçirilməsində əsas məqsəd milli StartUpların mövcud vəziyyəti və inkişaf perspektivlərinin müəyyən edilməsidir.
Konfrans çərçivəsində StartUp Azərbaycan Layihəsinin təqdimatı planlaşdırılır.
Tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçiriləcək