İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barak mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcək. Bu barədə tədbirin təşkilatçılarından biri olan Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Forumda E.Barakın çıxışı planlaşdırılır.
Məlumatda xatırladılır ki, keçiriləcək forumda aralarında Türkiyə, Finlandiya, Latviya və s. dövlətlərin prezidentləri olmaqla müxtəlif ölkələrdən bir çox tanınmış siyasətçilər iştirak edəcəklər. Ümumilikdə dünyanın 50-yə yaxın ölkəsindən nüfuzlu nümayəndələrin tədbirə qatılacağı gözlənilir.