Ermənistan rəhbərliyinin milliyyətçi siyasəti bu ölkənin regional layihələrdən təcrid olunmasına gətirib çıxarıb. Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin belə hesab edir.
“Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən milliyyətçi proqramlar bu ölkəni regional layihələrdən təcrid edib, əhalisi isə azalır. Erməni xalqı bu problem üzərində düşünməlidir”, - deyə H.Çətin bu gün “Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşmasında NATO-nun rolu” mövzusunda Bakıda keçirilən konfransda bəyan edib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və region üçün böyük inkişaf imkanları açacaq.
“Qarabağ münaqişəsi regionun ən ciddi problemidir. Türkiyə bu prosesin canlanması üçün bir sıra təkliflər irəli sürmək niyyətindədir”, - deyə H.Çətin vurğulayıb.