Cümə günü Milli Məclisin yaz sessiyasının plenar iclasında Hesablama Palatasının hesabatı dinləniləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Parlamentin gündəliyinə, həmçinin İnzibati Xətalar Məcəlləsi, "Yol hərəkəti haqqında" qanun, Cinayət Məcəlləsi və "Diplomatik xidmət haqqında" qanuna düzəlişlərin edilməsi ilə bağlı məsələlər daxil edilib.
Bundan başqa, deputatlar "İctimai iştirakçılıq haqqında" qanun layihəsini birinci oxunuşda müzakirə edəcəklər.