Azərbaycan əsası 20 il bundan əvvəl Heydər Əliyev tərəfindən qoyulmuş kursu davam etdirməlidir. Prezident İlham Əliyev belə hesab edir.
“Mən tam əminəm ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir”, - deyə dövlət başçısı Böyük Britaniyanın “The Buisness Year” jurnalına müsahibəsində qarşıdan gələn prezident seçkiləri də nəzərə alınmaqla ölkənin gələcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Bu siyasətin başlıca prioriteti, əlbəttə ki, ilk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanan, rəqabət qabiliyyətli, ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, güclü və demokratik Azərbaycan olmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
“Azərbaycan xalqı müdrik xalqdır və öz tarixinin həlledici anlarında düzgün qərar qəbul etməyi bacarıb”, - deyə Prezident söyləyib və xatırladıb ki, H.Əliyev məhz xalqın dəvəti ilə 1993-cü ildə hakimiyyətə gəlib.