Türkiyə son 10 il ərzində ölkənin enerji sektorunu demək olar ki, iki dəfə yenidən strukturlaşdırıb. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bazar ertəsi Bakıda keçirilən Dünya İqtisadi Forumunda (Davos Forumunda) çıxışı zamanı bəyan edib. T.Yıldızın sözlərinə görə, qeyd olunan dövr ərzində ölkə ÜDM-nin üç dəfə artması Türkiyənin iqtisadi və enerji sektorlarının uğurlu inkişafının göstəricisidir.