Bazar ertəsi İsmayıllı şəhərində İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə yeni uşaq bağçasının təməli qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
900 kv. metr sahəni əhatə edəcək uşaq bağçası 140 yer üçün nəzərdə tutulub. Uşaq bağçasının özəlliyi ondan ibarətdir ki, rayonda ilk dəfə olaraq burada ingilis dili kursları təşkil ediləcək və ilkin kompüter bilikləri öyrədiləcək.
Həmin gün M.Sadıqov rayonun Ruşan kəndinə gedərək, sosial-iqtisadi problemlərin həlli məqsədilə yerli əhali ilə görüşüb.