2013-cü ilin I rübündə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri qazma işlərinin həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 9,5% - 40,845 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
İstismar qazma işlərinin payı 37,525 min metr (artım 4,8%), kəşfiyyat qazma işlərinin payı 3,32 min metr (artım 2,2 dəfə) təşkil edib.
2013-cü ilin mart ayında SOCAR üzrə qazma işlərinin həcmi 16,246 min metr təşkil edib. Bunun 15,328 min metri istismar, 0,918 min metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2012-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 136,441 min metr, o cümlədən kəşfiyyat qazma işlərinin həcmi 7,473 min metr, istismar qazma işlərinin həcmi 128,968 min metr təşkil edib.