“Azərsu” SC bu gün Bakının Sabunçu və Suraxanı rayonlarında su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə SC-nin məlumatında bildirilir.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında siyirtmənin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Qaraçuxur qəsəbəsinə və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə su fasilələrlə veriləcək.