Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə və Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəisi Məhəmməd Əhməd Əl-Mərri əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
P.İsmayılzadə həmsöhbətinə son illər Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.
M.Əl-Mərri Azərbaycan nümayəndə heyətinin tanışlıq və müzakirələr aparılması məqsədilə Dubaya səfər etməsinin vacibliyini vurğulayıb və bunun üçün Azərbaycan tərəfinə müvafiq dəvət məktubunun ünvanlanacağını bildirib.
Baş konsul, həmçinin Dubay Polisinin Cəza və İslah-Əmək Müəssisələri üzrə Baş İdarəsinin rəisi Məhəmməd Həmid Əl-Suveydi ilə görüşüb.
Görüş zamanı azərbaycanlı diplomata Dubay Əmirliyinin penitensiar müəssisələrinin fəaliyyəti haqqında məlumat verilib.