Prezident İlham Əliyev aprelin 9-da Avropa Yenidənqurma və İnkişaf Bankı idarə heyətinin üzvləri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə idarə heyətinin üzvlərinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında strategiyanın hazırlanması baxımından önəmi vurğulanıb.
Həmçinin görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən yol-nəqliyyat infrastrukturu, sosial layihələr, informasiya-kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.