“Bank Technique” ASC müştərilərinə bir-birindən fərqli və innovativ xidmətlər təklif etməkdə davam edir. Artıq Siz də “Bank Technique”də “Şəxsi Kabinet”ə sahib ola bilərsiniz! Bunun üçün www.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyasına daxil olub, qeydiyyatdan keçməyiniz yetərlidir. Qeydiyyatdan keçən hər bir istifadəçi, virtual olaraq, Şəxsi Kabinetini yarada və banka gəlmədən, bir çox mütəmadi ödənişlərini həyata keçirə (mobil operatorlar, kommunal xidmətlər, stasionar rabitə, İnternet provayderlər, kabel televiziyası), Banka “VISA” və “MasterCard” növlü plastik kartların əldə olunması və ya kredit alınması üçün onlayn müraciətlər göndərə, eləcə də bu kreditləri onlayn ödəyə, avtomatik ödənişlər edə, depozit yerləşdirə bilər və s.
Ən əsası, “Bank Technique” ASC-də xidmət olunan bütün növ hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi də mümkündür. Belə ki, “Bank Technique”də cari hesabı olan istənilən müştərimiz hesabı üzrə həyata keçirilən əməliyyatları “Şəxsi Kabinet” funksiyasındakı “Hesabdan çıxarış” bölməsi vasitəsilə izləmək imkanına malik olur. “Hesabdan çıxarış” bölməsindən istifadə edə bilmək üçün Bankımıza bircə dəfə yaxınlaşıb, ərizə formunu doldurmaq lazımdır. Forma doldurulduqdan sonra, 24 saat ərzində, “Şəxsi Kabinet” funksiyasındakı bu bölmədən istifadə oluna bilər. Sözügedən bölmədə, seçdiyiniz vaxt aralığında, hesabınız üzrə baş verən bütün əməliyyatları izləyib, istədiyiniz təqdirdə, onları çap da edə bilərsiniz. “Şəxsi Kabinet” funksiyasının, sadalananlarla yanaşı, ödəniş kodlarının və ödəmələrə dair tarixçənin arxivləşdirilməsi, plastik kartlar vasitəsilə Bankda xidmət olunan hesablara pul vəsaitlərinin yatırılması kimi də üstünlükləri var.
Qeyd etmək lazımdır ki, “Şəxsi Kabinet” funksiyasının təhlükəsizliyi yükvək səviyyədə qorunur: istifadəçilərin “Kabinetə” girişi, qeydiyyat zamanı seçilən şifrə ilə yanaşı, Bank tərəfindən mobil telefona göndərilən birdəfəlik şifrələr vasitəsilə həyata keçirilir.
“Bank Technique” ASC “Şəxsi Kabinet” vasitəsilə göstərilən xidmət çeşidini daima artıraraq, Sizin maliyyə agentinizə çevrilmək istiqamətində atdığı addımları davam etdirəcək.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa biləriniz.