Azərbaycan Gömrük Xidmətinin əməkdaşları Azərbaycan-Gürcüstan sərhədindən külli-miqdarda mobil telefon, aksessuar, eləcə də müxtəlif növ ətirlərin keçirilməsinin qarşısını alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobusa baxış zamanı külli-miqdarda qaçaqmal aşkarlanıb”,- deyə “Sınıq Körpü” gömrük postunun növbə rəisi Rəşad Novruzov jurnalistlərə bildirib.
“Avtomobildə ərzaq mallarının altında gizlədilmiş müxtəlif istehsalçılara məxsus 666 ədəd mobil telefon və onların aksessuarları, eləcə də 218 ədəd ətir aşkarlanaraq götürülüb”,- deyə o qeyd edib.