Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti parfümeriya və kosmetik vasitələrin keyfiyyətinə nəzarət tədbirlərini gücləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
Xidmət tərəfindən cari ilin üç ayı ərzində parfümeriya və kosmetik məhsulların idxalı və satışı ilə məşğul olan yeddi təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Nəticədə altı təsərrüfat subyektində nöqsanlar aşkar olunub, həmin müəssisələrə parfümeriya və kosmetik vasitələrin idxalı qadağan edilib.