Gənc vokalçı Emin Eminzadə 11-15 aprel tarixlərində Qazaxıstanda keçiriləcək “Qızıl mikrofon” Beynəlxalq vokal müsabiqəsində Azərbaycanı təmsil edəcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Müsabiqədə 12 ölkənin nümayəndələri iştirak edəcək.
Emin Eminzadə (məsləhətçi müəllimə, professor, SSRİ xalq artisti Fidan Qasımova) G.Şaroyev adına 35 saylı 11 illik Uşaq Musiqi Məktəbinin şağirdi, İtaliya və İspaniyada keçirilmiş iki beynəlxalq müsabiqənin laureatıdır.
E.Eminzadə müsabiqədə mərhum dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını və “Bessame muço” ispan mahnısını ifa edəcək.