Çərşənbə günü Bakıda Planlaşdırma və Analiz Prosesinin (PAP) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın, PAP və FTƏP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılır.