2013-cü ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 1 mln. 351,6 min ton neft hasil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 1,2% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-dan məlumat verilib.
2013-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft hasilatı 7 mln. 185,1 min ton təşkil edib (azalma 4,4%). Beləliklə, hesabat dövründə respublikada hasil olunmuş neftin 18,8%-i SOCAR-ın payına düşüb.
ARDNŞ-in məlumatına görə, cari ilin fevral ayında SOCAR 642,4 min ton neft hasil edib. Hesabat ayında respublika üzrə neft hasilatı 3 mln. 420,4 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 42 mln. 986,24 min ton təşkil edib, bunun 8 mln. 242,593 min tonu SOCAR tərəfindən çıxarılıb.
Hökumətin proqnozlarına görə, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton təşkil edəcək.