2013-cü ilin yanvar-fevral aylarında SOCAR şirkəti 1 mlrd. 124,3 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 4 mlrd. 796 mln. kubmetr qaz hasil edilib (artım 5,5%). Bunun 23,4%-i SOCAR-ın payına düşüb.
2013-cü ilin fevral ayında SOCAR 531,1 mln. kubmetr qaz hasil edib. Həmin dövrdə respublika üzrə ümumi qaz hasilatı 2 mlrd. 279,4 mln. kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 26 mlrd. 770,74 mln. kubmetr təşkil edib, bunun 6 mlrd. 885,37 mln. kubmetri SOCAR tərəfindən çıxarılıb.
Hökumətin proqnozlarına görə, 2013-cü ildə Azərbaycanda qaz hasilatı 28 mlrd. kubmetr təşkil edəcək.