Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Rusiya ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Diplomatik Akademiyasının (ADA) fəxri doktoru diplomuna layiq görülüb. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi məlumata görə, A.Torkunova diplomu ADA-nın rektoru Hafiz Paşayev təqdim edib.
MDBMİ-nin rektoru ADA-nın ilk fəxri doktoru oldu.
Diplomatik Akademiyada bildirilib ki, MDBMİ ADA-nın 2007-ci ildə memorandum imzaladığı ilk ali məktəbdir. İki ali təhsil müəssisəsi arasında imzalanmış bu sənədə uyğun olaraq təhsil proqramları həyata keçirilir.