Azərbaycan Mərkəzi Bankı pul nişanlarının Ekspertiza Mərkəzi üçün sistem və avadanlıqların alınması üzrə tenderin davamından imtina edib. Bu barədə AMB-dən məlumat verilib.
“Tender təklifi vermiş iddiaçıların sayının üçdən az olduğunu nəzərə alaraq Tender Komissiyasının qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən tenderin davamından imtina edilib”, - deyə bankın elanında qeyd olunub.
Pul nişanlarının Ekspertiza Mərkəzi hazırda yaradılma mərhələsindədir.
Tender çərçivəsində AMB xüsusilə müasir standartlara cavab verən sistem və avadanlıqların alınmasını; Ekspertiza Mərkəzinin vahid proqram təminatının yaradılmasını; sistemin vahid informasiya bazasının yaradılmasını; statistik və analitik hesabatlıq sisteminin yaradılmasını və s. planlaşdırırdı.