Aprelin 10-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Məktəbliyə ekran” layihəsi çərçivəsində A.Çexovun eyniadlı pyesi əsasında çəkilmiş “Albalı bağı” bədii filminin nümayişi olub.
RİMM-in rus dilinin tədris-metodiki mərkəzinin metodisti, Bakı Slavyan Universitetinin dosenti Nailə Səfərova gənc tamaşaçılara - Bakı məktəblərinin yuxarı sinif şagirdlərinə A.Çexovun yaradıcılığı, “Albalı bağı” pyesinin ekranlaşdırılması tarixi və filmin yaradıcı qrupu haqqında məlumat verib.
Filmin nümayişindən sonra müzakirə aparılıb, məktəblilər pyesin ideya məzmunu, baş qəhrəmanların xarakteri, dövrün xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüblər.
RİMM-in “Məktəbliyə ekran” layihəsi bu ilin fevral ayından həyata keçirilir. Layihənin məqsədi məktəblilərin rus ədəbiyyatı sahəsində biliklərinin genişləndirilməsi, əsərlərin bədii emosional qavranılmasının formalaşmasına kömək, şagirdlərdə rus bədii ədəbiyyatının incilərini oxumağa marağın artırılması, sovet və Rusiya kino sənətinin ən yaxşı nümunələri ilə tanışlıqdır.