Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının cümə günü Bakıda keçiriləcək I Ümumdünya Forumunun iştirakçısı, Slovakiya Respublikasının baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakla görüşdə Forumun ənənəvi xarakter alacağına əminliyini bildirib.
Dövlət başçısının saytında verilən məlumata görə, aprelin 11-də Bakıda baş tutmuş görüşdə İ.Əliyev və M.Layçak keçiriləcək Forumu müzakirə edib, eləcə də Azərbaycan-Slovakiya münasibətlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.