Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ məzunlarının ikinci Forumunun da Bakıda keçirilməsini təklif edib.
“Mən MDBMİ məzunlarının növbəti Forumunun da Azərbaycanda keçirilməsini təklif edərdim”, - deyə İ.Əliyev cümə günü Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Dünya Forumunun iştirakçıları qarşısında çıxışı zamanı bəyan edib.
Prezident arzu edib ki, MDBMİ-nin növbəti forumlarında daha çox sayda həmkarlar iştirak etsin, bu isə nəticədə dövlət və hökumət başçılarının forumuna çevrilə bilər.
MDBMİ məzunlarının növbəti Forumunun da Bakıda keçirilməsinə dəstək olaraq çıxışı zamanı dövlət başçısı qeyd edib ki, “Azərbaycan əlifba sırası ilə də burada öndədir”.
“Həm də soyadlar nöqteyi-nəzərindən”, - deyə İ.Əliyev əlavə edib.
“Tam ciddiliklə deyirəm ki, biz bir ildən sonra yenidən burada toplaşmağımıza şad olardıq”, - deyə Prezident bildirib.