Şamaxıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Konfransın məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birgə təşkil etdiyi konfrans Heydər Əliyevin 90 illiyinə həsr olunub.
Qafqaz Müsəlmanları İdarəsi və dini icmaların nümayəndələri, Şirvanın doqquz rayonundan teoloqların və ruhanilərin iştirakı ilə keçirilən konfransda müxtəlif mədəni proqramlar təqdim olunacaq.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov qeyd edib ki, H.Əliyev hakimiyyətə qayıtdığı ilk gündən etibarən Azərbaycanın milli-mənəvi dəyərlərinin bərpasına böyük önəm verib.3
“H.Əliyev Azərbaycanın dini dəyərlərinə qarşı repressiyaların rəmzi olan SSRİ illərində dağıdılmış Bibiheybət məscidini bərpa edən şəxsiyyətdir”, - deyə E.İskəndərov qeyd edib ki, eks-prezidentin işni hazırda fəaliyyətdə olan Prezident İlham Əliyev layiqli şəkildə davam etdirir.