Cümə günü Azərbaycan Silahlı Qüvvələrinin 132 hərbi qulluqçusuna mənzillərin sənədləri təqdim edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu yeni və təmirli mənzillərlə təmin olunub.
Hərbi qulluqçuların mənzillərlə təmin edilməsi Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci ilin dekabr ayında imzaladığı fərmana uyğun olaraq həyata keçirilir.