Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda xidmət aparan gənc ABŞ diplomatı En Smedinqofun faciəvi ölümü ilə bağlı bu ölkənin dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, XİN başçısı Argentinada baş vermiş daşqınlarla əlaqədar bu ölkənin xarici işlər və etiqad naziri Hektor Timermana başsağlığı məktubu ünvanlayıb.