Kapital Bank daha bir yeni xidmət növünü istifadəyə verdi. “Müştəri-Bank” adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub. Xatırladaq ki, Kapital Bank fərdi müştəriləri üçün “İnternet Banking” xidmətini hələ 2011-ci ilin əvvəlindən istifadəyə vermişdi. “Müştəri-Bank” xidməti isə eyni imkanı korporativ müştərilər üçün yaradır. Bankın müştərisi olan və elektron imzaya malik hər bir hüquqi şəxs bundan faydalana bilər.
“Müştəri-Bank” xidməti banka gəlmədən internet vasitəsilə müvafiq struktur bölmədə olan hesab üzrə aşağıdakı əməliyyatları aparmağa imkan verir: son bir il ərzində aparılmış əməliyyatlara dair hesabdan çıxarışların alınması; valyuta məzənnələri və onlardakı dəyişikliklər haqqında məlumat; son bir il üzrə hesablaşma hesablarının vəziyyəti və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumat; ödəniş tapşırıqlarının hazırlanması; ödəniş tapşırıqlarının təsdiqlənməsi; hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə olunması; müştərinin kreditləri haqqında məlumatın alınması; müştərinin depozitləri haqqında məlumatın alınması.
Xidmətə yalnız bankın struktur bölməsinə müraciət etməklə qoşulmaq mümkündür. “Müştəri-Bank” xidmət haqqında daha ətraflı məlumatla Kapital Bankın www.kapitalbank.az internet səhifəsindən ətraflı məlumat almaq olar.