İqtisadi İnkişaf Nazirliyi iki yeni elektron xidmət (e-xidmət) növü tətbiq edib. Bu barədə “Elektron hökumət” portalının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilir.
Birinci xidmət Avropa İttifaqı ölkələrinə ixrac üçün nəzərdə tutulan qida məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrə təsdiqedici kod nömrələrinin verilməsi məqsədilə müraciət və sənədlərin qəbulu ilə bağlıdır.
İkinci xidmət inzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsini nəzərdə tutur.
Hazırda İqtisadi İnkişaf Nazirliyi 7 növ elektron xidmət göstərir.