Azərbaycanın Ermənistanla həmsərhəd ərazisində mina partlaması mülki şəxsin ağır yaralanmasına səbəb olub. Bu barədə ANS telekanalı məlumat yayıb.
Bazar ertəsi gündüz saatlarında baş vermiş partlayış nəticəsində Qazax rayonunun Xanlıqlar kənd sakini, 1990-cı il təvəllüdlü Aqil Vəliyev yaralanıb.
Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.