2013-cü ilin I rübündə Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 mlrd. 736,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat rübündə adambaşına düşən nominal gəlirlər 4,5% - 836,4 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 7 mlrd. 6,9 mln. manat məbləğində gəlir qalır ki, bu da 2012-ci ilin müvafiq dövründə qeydə alınmış göstəricidən 5,5% çoxdur.