Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 62 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 20 nəfər həlak olub, 34 nəfər yaralanıb, 4 nəfər intihar edib.
4 nəfər qətldə, 17 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 9 nəfər qarət və soyğunda, 35 nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 3 nəfər insan alverində, 1 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 22 fakt qeydə alınıb.