Ötən həftə ərzində Azərbaycanın yollarında 32 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən iri yol qəzası Lənkəran rayonunda baş verib. “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Goranboy rayonunda “Mercedes” markalı minik avtomobili aşıb, nəticədə Gürcüstan vətəndaşı həlak olub.