Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdədir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verib ki, Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkı rayon sakinləri və qonaqlarının sevimli istirahət yerlərindən biridir. Onun sözlərinə görə, parkın yaxınlığında uşaq istirahət və əyləncə mərkəzi, yay teatrı və kafe yerləşir.