İranda baş vermiş güclü zəlzələ Qətər, Dubay və Hindistan sakinlərini təlaşa salıb. Bu barədə Qərb KİV-i məlumat verir.
Məlumatda bildirilir ki, yeraltı təkanları hiss edən insanlar təlaşla çoxmərtəbəli binalardan çıxaraq qaçmağa başlayıblar. Əsasən, Hindistanın paytaxtı Dehlidə belə mənzərə müşahidə olunub.
Daha əvvəl ABŞ Geoloji Xidməti İranda, Pakistan sərhədi yaxınlığında 7,8 maqnitudalı zəlzələ barəsində məlumat yayıb. İran KİV-i hələ ki, dağıntı və qurbanlar barədə məlumat vermir.