2013-cü ilin I rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 4 mlrd. 531,3 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 2 mlrd. 526,5 mln. manatlıq ərzaq və 2 mlrd. 4,8 mln. manatlıq qeyri-ərzaq malları alıb. Alınmış analoji malların həcmi 2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 2,2% və 20,4% artıb.
I rübdə əhaliyə 1 mlrd. 459,1 mln. manat məbləğində pullu xidmət göstərilib ki, bu da 2012-ci ilin yanvar-mart aylarının göstəricisindən 7,5% çoxdur.