Şəmkir rayonunun Ələsgərli kəndində tibb məntəqəsinin açılışı olub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin regional bürosu xəbər verir.
“Azərbaycan və Yaponiya arasında yaxşı əlaqələr mövcuddur. Baxmayaraq ki, bu, bizim Şəmkirdə ilk layihəmizdir, söz verirəm ki, o son olmayacaq", - deyə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe açılış mərasimində söyləyib.
Onun sözlərinə görə, son il ərzində Yaponiya hökuməti Azərbaycanda 30-dan artıq layihəni maliyyələşdirib. Ümumilikdə, 200-dən çox layihə həyata keçirilib.
Tibb məntəqəsi səkkiz otaqdan ibarətdir və lazımi avadanlıqla təchiz edilib. Müəssisə təxminən 2 min sakinə xidmət göstərəcək.