Gənc vokalçımız Emin Eminzadə Qazaxıstanda keçirilmiş “Qızıl mikrofon” Beynəlxalq vokal müsabiqəsinin laureatı olub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
E.Eminzadə müsabiqədə görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin “Azərbaycan” mahnısını və “Bessame muço” ispan mahnısını ifa edib.
Vokalçı artıq 3-cü dəfədir Azərbaycanı uğurla təmsil edir və beynəlxalq müsabiqələrin laureatı olur.
E.Eminzadə Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri G. Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbinin şagirdidir (məsləhətçi müəllimə, professor SSRİ xalq artisti Fidan Qasımova).
Müsabiqədə 12 ölkə iştirak edib.