Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu “Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf” adlı monoqrafiya nəşr edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Ümummili lider Heydər Əlievin 90 illik yubileyinə həsr olunmuş kitabda “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası çərçivəsində milli iqtisadiyyatın modernləşdirilməsi və davamlı inkişafı problemləri araşdırılır. Yeni nəşrdə davamlı inkişafın, modernləşdirmənin nəzəri-metodoloji əsasları tədqiq edilir, qloballaşma şəraitində xarakterik cəhətləri göstərilir, eləcə də kənd təsərrüfatı, nəqliyyat, turizm və s. istiqamətlərdə davamlı inkişafın təmin olunmasına dair fikir və mülahizələr, təklif və tövsiyələr işıqlandırılır.
Kitabın redaktorları AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və Fələsfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadədir.