Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə bu gün Polşaya rəsmi səfərə yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər zamanı nazir polşalı həmkarı ilə hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.