Xorvatiyanın "ACM" şirkəti "PAQ Kurortu" layihəsinin həyata keçirilməsi üçün azərbaycanlı investorlardan investisiya cəlb etməyə ümid edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Layihənin texniki-iqtisadi əsaslandırılması Azpromo-nun saytında yerləşdirilib.
Paq Xorvatiyanın beşinci iri adasıdır və mərkəzi Dalmasiyada yerləşir. Sahəsi 200 kvadrat kilometrdir. Paq adasından Zadar şəhərinə qədər məsafə təxminən 30 kilometrdir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.